Nyu-Yorkda Venesuelanın prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ilk məhkəmə iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda çıxış edən Nikolas Maduro və həyat yoldaşı Siliya Flores təqsirsiz olduqlarını bildiriblər. Narkotik və silah qaçalmalçılığı ittihamları ilə üzləşən Maduro məhkəmə iclasında hələ də Venesuela prezidenti olduğunu deyib. Vəkili Maduronun ABŞ xüsusi xidmət orqanları tərəfindən qaçırılmasının qanun pozuntusu olduğunu bildirib.
*** 17:33
Venesuela prezidenti Nikolas Maduronu daşıyan helikopter Nyu-Yorkdakı məhkəmə binasının qarşısına eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Maduronu daşıyan helikopter Nyu-Yorkda məhkəmə binasının yaxınlığındakı helikopter meydançasına eniş edib.Onun indi məhkəməyə gedəcəyi gözlənilir", - nəşr qeyd edib.
***16:43
Venesuela Prezidenti Nikolas Maduro məhkəmə prosesində iştirak etməsi üçün təcridxanadan çıxarılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o və həyat yoldaşı helikopterlə Nyu-York məhkəməsinə aparılır.
Zirehli maşınlar və helikopterlə köçürülmə zamanı Maduronun axsayaraq hərəkət etməsi isə diqqət çəkib.
Gülayə Mecid
