Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda yürüş keçirib.

"Unikal" xəbər verir ki, yürüş İrəvanda Müqəddəs Qriqori İlluminator kilsəsində Milad liturgiyasından sonra başlayıb. Paşinyan özü bu aksiyanı “dini yürüş” adlandırıb.

Paşinyanı həyat yoldaşı Anna Akopyan, həmçinin hakim “Mülki Müqavilə” partiyasının rəsmiləri və nümayəndələri müşayiət ediblər. İştirakçılar Müqəddəs Anna kilsəsinə doğru gediblər.