ABŞ Prezidenti Donald Tramp İranla bağlı kabinet iclası keçirmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" yazıb.
Nəşr bildirib ki, Amerika lideri "İranla danışıqlardakı durğunluğu və müharibədə növbəti addımlar üçün mümkün variantları müzakirə etməyi" planlaşdırır.
Məlumata görə, Tehran münaqişənin həlli üçün Vaşinqtona yeni bir təklif təqdim edib. Bu təklifdə Amerika blokadasının qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramının müzakirəsinə keçmək nəzərdə tutulur.
