Rusiya Sovet İttifaqının dağılmasından əvvəl sahib olduğu əraziləri geri qaytarmağa çalışır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone deyib.
Onun fikrincə, "Rusiya əvvəllər sahib olduğu şeyləri geri qaytarmağa çalışır". Admiral "SSRİ-nin dağılmasından əvvəlki" dövrü nəzərdə tutduğunu bildirib.
"Amma biz özünümüdafiə, çəkindirmə və 360 dərəcə qorunmaya diqqət yetiririk. Biz Arktikada, Şərqdə mövcuduq və Cənubdakı vəziyyəti yaxından izləyirik", - deyə Draqone bildirib.
Gülayə Mecid
