İtaliya A Seriyasının XXXIV turunda "Milan" "Yuventus"u qəbul edib.
"Unikal" xəbər verir ki, turun mərkəzi oyununda qapılara qol vurulmayıb.
Bu nəticədən sonra "Milan" 67 xalla 3-cü, "Yuventus" isə 64 xalla 4-cü pillədə qərarlaşıb.
Bu tur lider "İnter" də xal itkisi ilə üzləşib. "Torino"nun qonağı olan Milan təmsilçisi hesabda 2 top fərqi ilə öndə olsa da, qələbəni əldən verib - 2:2.
"İnter" 79 xalla turnir cədvəlinə başçılıq edir.
