Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının “A.M.Şərifzadə küçəsi, 157” ünvanında yerləşən 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Zaur Əfəndiyev “ASAN xidmət” mərkəzlərində vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması və müasir idarəçilik prinsiplərinin tətbiqi baxımından bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Zaur Əfəndiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal innovasiyaların geniş tətbiqi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və gənc kadr potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, mərkəzin kollektivi dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatları dəstəkləyir, fəaliyyətində şəffaflıq, operativlik və vətəndaş məmnunluğu prinsiplərini əsas tutur. Eyni zamanda, partiyanın ideoloji prinsiplərinin təbliğində fəal iştirak etməyin vacibliyini diqqətə çatdırıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin ideoloji-siyasi əhəmiyyəti, müasir dövlət idarəçiliyində şəffaflıq prinsipləri və “ASAN xidmət” modelinin Azərbaycanın inkişaf strategiyasındakı rolu barədə geniş məruzə ilə çıxış edib.
Bəxtiyar Nəbiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sabitliyin qorunmasında, sosial-iqtisadi tərəqqinin təmin edilməsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan hərbi-siyasi sahədə tarixi Zəfərlər qazanıb, dövlət idarəçiliyinin müasirləşdirilməsi və vətəndaşlara xidmət sahəsində mühüm nailiyyətlər əldə edib.
Partiyanın VIII Qurultayında müəyyənləşdirilən prioritetlər ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, təşkilati işin gücləndirilməsi və ideoloji fəaliyyətin səmərəliliyinin artırılması baxımından mühüm istiqamətlər müəyyənləşdirir.
O, “ASAN xidmət” mərkəzlərində çalışan gənc mütəxəssislərin və könüllülərin yalnız yüksək keyfiyyətli və operativ xidmət göstərməklə kifayətlənməməli, eyni zamanda, dövlətçilik dəyərlərinin, vətənpərvərlik ruhunun və milli maraqlara sədaqətin təbliğində də fəal mövqe nümayiş etdirməli olduqlarını bildirib. Gənclərin ideoloji hazırlığının gücləndirilməsi, onların partiya həyatında fəallığının artırılması və təşəbbüskarlığının dəstəklənməsinin vacibliyi vurğulanıb.
Bəxtiyar Nəbiyev, həmçinin 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin ərazi partiya təşkilatının gənc və innovativ kadr potensialına malik olduğunu qeyd edərək, YAP Yasamal rayon təşkilatının müəyyənləşdirilmiş strateji hədəflərin həyata keçirilməsi, partiya sıralarının gücləndirilməsi və ideoloji işin daha da təkmilləşdirilməsi istiqamətində mərkəzin fəalları ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.
Müşavirədə çıxış edən ərazi partiya təşkilatının sədr müavini Səbinə Rzayeva mərkəzdə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal imkanların genişləndirilməsi, “ASAN Könüllüləri” hərəkatının gənclərin fərdi inkişafındakı rolu və ərazi partiya təşkilatının fəaliyyəti barədə danışıb.
Səbinə Rzayeva Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın “ASAN xidmət” sisteminə və gənclərə göstərdikləri diqqət və qayğının kollektiv üçün mühüm stimul olduğunu bildirib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
















.jpg)

.jpg)

























.jpg)

