Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.
"Unikal" xəbər verir ki, AQTİ-nin İdarə Heyətinin sədri Ramazan Nəbiyev çıxışında son illərdə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan mühüm nailiyyətlər və qarşıda duran strateji hədəflər barədə ətraflı danışıb. O, ölkənin inkişaf prioritetləri çərçivəsində görülən tədbirlərin Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsində, institusional potensialın gücləndirilməsində və ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin milli maraqlara əsaslanan qərarlar, müasir yanaşmalar və qətiyyətli mövqe ilə səciyyələndiyini vurğulayıb.
Daha sonra AQTİ üzrə ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, təşkilatın sədri və sədr müavini seçilib.
Görüşdə ərazi partiya təşkilatının fəaliyyətinin bundan sonra da məsuliyyət, prinsipiallıq və yüksək təşkilatçılıq səviyyəsində davam etdiriləcəyinə, partiyanın nüfuzunun artırılmasına və qarşıya qoyulan hədəflərin reallaşdırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.





.jpg)

.jpg)

























.jpg)











.jpg)
