Azərbaycanda gələn il yaşayış minimumu artırılacaq.

"Unikal" xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il yaşayış minimumu 314 manat olacaq. Beləliklə, ehtiyac meyarı 14 manat (4,6%) artırılacaq.

Gələn il yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat müəyyənləşəcək.

Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olub.