Oktyabrın 28-də Ermənistan Milli Məclisi Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini ratifikasiya edib. 

"Unikal" xəbər verir ki, layihəni Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan təqdim edib.

Təşəbbüsü 63 parlament üzvü dəstəkləyib, 32-si isə əleyhinə çıxıb.