Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

"Unikal" xəbər verir ki, ikinci oyun günündə daha 5 qarşılaşma təşkil olunacaq.

“İmişli” Yevlax şəhər stadionunda “Qaradağ Lökbatan”la, MOİK Binə qəsəbə stadionunda “Şahdağ Qusar”la, “Haypers” Şamaxı şəhər stadionunda “Şamaxı” ilə üz-üzə gələcək. Hər üç görüş saat 14:00-da başlayacaq.

“Şəfa” “SOCAR Polymer Arena”da “Ağstafa Gəncləri”ni saat 16:00-da qəbul edəcək. Günün sonuncu qarşılaşması isə saat 19:00-da Gəncə şəhər stadionunda “Kəpəz” və “Baku Sportinq” komandaları arasında olacaq.

Daha əvvəl “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Marafon” və “Zirə” 1/8 finala vəsiqə qazanıblar. Bu raunda oktyabrın 29-da yekun vurulacaq.