Serbiyanın paytaxtı Belqradda İsrail səfirliyinin yaxınlığında yeniyetmə hüquq-mühafizə orqanı əməkdaşına bıçaqla hücum edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç məlumat yayıb.
"Yetkinlik yaşına çatmayan oğlan "Allahu Əkbər" qışqıraraq iki bıçaqla polis məmuruna hücum edib", - deyə rəsmi bildirib.
O, hüquq-mühafizə orqanı əməkdaşının özünümüdafiə məqsədilə atəş açmağa məcbur olduğunu vurğulayıb. Nəticədə yeniyetmə həyati təhlükə yaradan xəsarətlər alıb.
Daçiçin sözlərinə görə, hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib.
Gülayə Mecid

















































.jpg)

