İsrail seçkilərində Benyamin Netanyahunun Likud partiyası liderlik edir.
"Unikal" xəbər verir ki, bu barədə "exit-poll" nəticələrində deyilir.
Məlumata görə, nə hakim koalisiya, nə də müxalifət bloku parlamentdə çoxluq qazana bilib.
Seçkilərdə seçici fəallığı rekord həddə çatıb. Səsvermənin başa çatmasına iki saat qalmış, yerli vaxtla saat 20:00-a olan məlumata əsasən, seçicilərin 74,3 faizi səs verib. Bu göstərici 2022-ci il parlament seçkilərində qeydə alınan 70,63 faizlik yekun fəallığı da üstələyib.
Seçkilərdə iştirak etmək üçün 36 partiya qeydiyyatdan keçib. Səsvermə hüququna malik olan israillilərin sayı 7,3 milyon nəfərdir.
Yekun nəticələrin noyabrın 4-dək rəsmi şəkildə dərc olunması gözlənilir. Bundan sonra İsrail Prezidenti İsaak Herzoq Knessetə seçilən partiyaların nümayəndələri ilə məsləhətləşmələr apararaq yeni hökumətin formalaşdırılması prosesinə başlayacaq.




.jpg)










.jpg)


























.jpg)








