"Prezident seçkilərində uduzan senator Flavio Bolsonaro gizlicə ABŞ-yə qaçıb".

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu Braziliyanın yeni seçilmiş prezident Lula da Silva deyib. 

"Sizə demək istəyirəm ki, günahsızların qorxacaq bir şeyi yoxdur. Amma günahkarlar qorxurlar. Öz ölkəsini gizlicə tərk edən insan bunu gizlədəcək bir şeyi olduğu üçün edir", - deyə o bildirib.

Da Silva rəqibinin qaçmaq qərarından təəssüfləndiyini qeyd edib. Bolsonaro öz ölkəsində qalmaqla ona qarşı irəli sürülən ittihamların yalan olduğunu sübut edə bilərdi. Seçilmiş prezident qeyd edib ki, bütün sənədlərini, eləcə də həyat yoldaşı və uşaqlarının sənədlərini seçki məhkəməsinə təqdim etməklə rəqibinə dürüstlük nümunəsi göstərməyə çalışıb. Lakin Bolsonaro bunu bacarmayıb.

“O, dürüstlüyünə dair bir dənə də olsun sübut təqdim etməyib. Bu adam planetdə indiyə qədər rastlaşdığım ən vicdansız insandır. Onun həqiqətə heç bir sadiqliyi yoxdur”, - deyə Lula da Silva sözünə davam etdi.

Siyasətçinin sözlərinə görə, Bolsonaronun yalanları təkcə siyasi debatların iştirakçılarına deyil, həm də onları evdə izləyən insanlara hörmətsizlik nümayiş etdirirdi. O, əlavə edib ki, rəqibinin Braziliyanı tərk etmək qərarı utancverici və rüsvayçı bir hərəkətdir.

"Amma təəssüf ki, Bolsonaronun ailəsi məhz belədir. Braziliya onun ikinci evidir. Və onun birinci evi amerikalıların qarşısında yalvardığı ABŞ-dır", - deyə Braziliyanın xalq lideri yekunlaşdırdı.