Ötən gün Rusiyanın paytaxtı Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun 8-ci Liderlər Zirvə Görüşü keçirilib.

"Unikal" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin qatıldığı sammitdə təbii qazın iqtisadi inkişafdakı rolu və qlobal enerji sektorunun üzləşdiyi çətinliklər müzakirə olunub.

Görüşdə iştirak edənlər arasında Mozambik prezidenti Daniel Çapo da var idi. Sammitdən sonra Çapo Moskva səfərinin fotolarını sosial media hesabında paylaşıb. 

Zirvədə çəkilmiş fotoşəkillərdən biri Putinlə digər liderlər arasındakı boy fərqinə görə diqqət çəkib. Putinin boyu ilə bağlı müzakirələr yenidən gündəmə gəlsə də, fotonun xüsusi olaraq bu məqsədlə çəkildiyinə və ya paylaşıldığına dair təsdiqlənmiş məlumat yoxdur.