28 oktyabr 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən vətəndaşların müraciətlərinə baxılması, onları narahat edən məsələlərin yerində öyrənilməsi və qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə növbəti vətəndaş qəbulu keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda 45 nəfər vətəndaş qəbul olunaraq dinlənilmiş, vətəndaşlar tərəfindən qaldırılan müxtəlif sahələri əhatə edən problemlər qeydə alınaraq həlli istiqamətində mümkün olan məsələlərin icrası təmin edilmiş, Rayon İcra Hakimiyyəti tərəfindən həlli mümkün olmayan məsələlər isə aidiyyatı üzrə dövlət qurumlarına yönləndirilmişdir. Qəbul edilən vətəndaşların qaldırdıqları məsələlər məcburi köçkün kimi evlə təmin olunma və işğaldan azad edilmiş ərazilərə köçürülmə, işlə təmin olunma, birdəfəlik maddi yardım edilməsi, əlilliyə görə dayandırılmış müavinətlərin bərpası və s. olmuşdur. Qəbul edilən 45 vətəndaşdan 26 nəfərin qaldırdığı problem yerində həll edilmiş, digər vətəndaşların problemlərinin həll edilməsi üçün aidiyyatı dövlət qurumları ilə əlaqələləndirilməsi təmin edilmişdir.
Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu və müraciətlərinə baxılması, qaldırdıqları problemlərinin həlli istiqamətində işlərin görülməsi mütəmadi olaraq davam etdirilir.























.jpg)











.jpg)










