Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü başlayır.
"Unikal"ın Beştəpəyə ezam olunmuş müxbirinin məlumatına görə, Türkiyə Prezidenti Sarayında Zirvə görüşünə hazırlıq artıq tamamlanmaq üzrədir.
29 oktyabr tarixində XİN rəhbərlərinin, 30 oktyabrda isə türk dünyası liderlərinin bir araya gələcəyi gözlənilir.
Liderlər Türk Dövlətləri Təşkilatının (TDT) prioritet sahələrində – siyasi əməkdaşlıq, ticarət və investisiya, nəqliyyat, eləcə də enerji, rəqəmsal transformasiya, mədəni və humanitar əməkdaşlıq, eləcə də institusional inkişaf istiqamətlərində əldə olunmuş irəliləyişləri qiymətləndirəcəklər.
Bu kontekstdə, türk dövlətləri arasında birlik və həmrəyliyin gücləndirilməsinə, həmçinin "Türk Dünyası Baxışı – 2040"a uyğun olaraq konkret əməkdaşlığın irəli aparılmasına xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Ağarza Elçinoğlu
Ankarada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin 13-cü Zirvə görüşü başlayır. #ankara #beştepe #tdt https://t.co/KoLyZsdPXX
— Unikal.az (@UnikalOrgPortal) October 28, 2026























.jpg)











.jpg)









