İngiltərə millisinin sabiq futbolçusu Ceydon Sanço “Xetafe”yə keçməkdən imtina edib.

"Unikal" xəbər verir ki, “The Touchline” nəşrinin məlumatına görə, tərəflər arasında danışıqlar maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün baş tutmayıb.

Bildirilib ki, Sanço qərarı barədə birbaşa “Xetafe”nin prezidenti Anxel Torresə məlumat verib. Futbolçu illik ən azı 3 milyon avro maaş almaq istəyib. Klubun ilkin təklifi isə təxminən 400 min avro olub. Sonradan ispanlar məbləği əhəmiyyətli dərəcədə artırsa da, tərəflər razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Sanço 2026-cı ilin yayında müqaviləsinin başa çatması ilə “Mançester Yunayted”dən ayrılıb. O, həmin vaxtdan azad agent statusundadır.