Suraxanı rayonunda abadlıq işləri geniş miqyas alaraq qəsəbələrdə təmir-bərpa işləri davam etdirilir.

"Unikal" xəbər verir ki, aprelin 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi məhəllə 14/15 ünvanda yeni təmir olunmuş məhəllənin açılışı olub.

Açılışda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, RİHB-nin müavinləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər.

Ümumi sahəsi 485 m² olan ərazidə aparılan geniş abadlıq və yenidənqurma işləri çərçivəsində sakinlərin rahat istirahəti üçün müasir infrastruktur yaradılıb.

Belə ki, ərazidə 800 m² asfalt örtüyü salınıb, 325 m² daş döşəmə və 90 m beton örtüyü çəkilib. 190 metr bordür düzülüb, həmçinin 8 m² daş örtük işləri görülüb və 24 metr dəmir barmaqlıqlar quraşdırılıb.

İstirahət guşəsində vətəndaşların asudə vaxtının səmərəli təşkili üçün 2 ədəd söhbətgah, 2 ədəd idman qurğusu quraşdırılıb, uşaqlar üçün sürüşkənli yelləncək, 5 ədəd oturacaq yerləşdirilib.

Yaşıllaşdırma işləri çərçivəsində 78 m² qazon örtüyü salınıb, mövcud ağaclarda budama işləri aparılıb. Ərazidə təhlükəsizliyin və komfortun artırılması məqsədilə 82 m² kauçuk örtük tətbiq olunub.

Eyni zamanda, 9 ədəd elektrik dirəyi quraşdırılıb və 300 metr uzunluğunda kabelləşmə işləri həyata keçirilib.