Kəlbəcərdə qadın meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, Yevlax rayon sakini - 1983-cü il təvəllüdlü C.Fərzəliyevanın işləydiyi şirkətlərin birindən meyiti aşkarlanıb. Məlumata görə, qadın şirkətdə aşpaz işləyirmiş, onun ürəktutmasından vəfat etdiyi bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov
