2–3 may tarixlərində Şirvanşahlar Meydanında İlmə xanım və İrs bəyin toy mərasimi keçiriləcək.

"Unikal" xəbər verir ki, bununla bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paylaşım edib. 

Bu unikal tədbir Azərbaycan xalça sənətinin ruhunu, ənənəsini və incəliyini özündə birləşdirir. Bu mərasim yalnız bir toy deyil, ilmələrin dilində danışan mədəniyyətin, keçmişlə bu günün incə vəhdətidir.