Türkiyə Superliqasında XXXI turun mərkəzi oyunu keçirilib.
"Unikal" xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" komandaları "Rams Park" stadionunda qarşılaşıb. Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray"ın heyətində qolları Viktor Osimhen, Barış Alper Yılmaz və Lukas Torreyra vurublar. "Fənərbağça"da Anderson Talişka 14-cü dəqiqədə penaltidən yararlana bilməyib. Qonaqlar 62-ci dəqiqədə isə azlıqda qalıblar. Qapıçı Ederson ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarını 74-ə çatdıran "sarı-qırmızılar" çempionluq yolunda vacib addım atıb. "Sarı-lacivərdlilər" isə 67 xalla 2-ci pillədə qalıblar.
Qeyd edək ki, günün digər matçında "Gənclərbirliyi" evdə "Kocaelispor"u 1:0 hesabı ilə məğlub edib.
*** 10:10
Bu gün Türkiyə Superliqasında XXXI turun mərkəzi oyunu keçiriləcək.
"Unikal" xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" komandaları "Rams Park" stadionunda qarşılaşacaq. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matçı Yasin Kol idarə edəcək.
30 turdan sonra "sarı-qırmızılar" 71 xalla turnir cədvəlinə başçılıq edir. "Sarı-lacivərdlilər" isə 67 xalla 2-ci pillədə qərarlaşıblar.
Mövsümün başa çatmasına 4 tur qalmış İstanbul derbisi çempionluğun taleyinə də böyük ölçüdə aydınlıq gətirəcək. "Qalatasaray" qalib gəlsə, liderliyini daha da möhkəmlədəcək və mövsümün qalibi olmaq yolunda ciddi addım atacaq. "Fənərbağça"nın qələbəsi isə liderlə xal fərqini 1-ə endirəcək və çempionluq yarışı son turlara qədər davam edəcək.
Günün digər matçı Bakı vaxtı ilə saat 15:30-da "Gənclərbirliyi" ilə "Kocaelispor" arasında olacaq.
