"Arsenal" və "Çelsi" Niderlandın "Ayaks" klubunun vingeri Mika Qodtsu ilə yaxından maraqlanır.

"Unikal" xəbər verir ki, "TEAMtalk" nəşrinin yaydığı məlumata görə, hər iki London klubunun skautları Erediviziyada "Ayaks"ın "Breda" üzərində 2:0 hesabı ilə qələbə qazandığı son matçı stadiondan canlı izləyiblər.

Qeyd edək ki, sözügedən qarşılaşmada futbolçu Erediviziyanın cari mövsümündə 16-cı qoluna imza atıb. Həmçinin bu mövsüm aktivinə 11 məhsuldar ötürmə yazdırmağı bacarıb