""Arsenal" rəhbərliyinin komandanın hücumçusu Viktor Dyökereşlə bağlı mövqeyi bəlli olub.
"Unikal" xəbər verir ki, informasiyanı "indykaila News" yayıb.
Məlumata görə, London təmsilçisi 27 yaşlı hücumçunu bu yay satmaq niyyətindədir. Mənbə "topçular"ın onun mövqeyinə daha üstün ön xətt oyunçusu almağı hədəflədiklərini vurğulayıb.
"Arsenal" Dyökereşi ötən ilin yayında, 70 milyon avro qarşılığında "Sportinq"dən transfer edib. Cari mövsüm bütün turnirlərdə 48 matça çıxan isveçli 18 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.
