Almaniya Bundesliqasının 31-ci turunda Almaniyanın “Ştutqart” futbol komandası öz meydanında “Verder”i qonaq edib. “Ştutqart Arena”da baş tutan qarşılaşma 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.
"Unikal" xəbər verir ki, qonaqlar 18-ci dəqiqədə Yens Stagenin qolu ilə önə keçsələr də, meydan sahibləri 61-ci dəqiqədə Ermedin Demiroviçin sayəsində tarazlığı bərpa edə biliblər.
Bu nəticədən sonra “Ştutqart” 57 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Aktivində 32 xalı olan “Verder” isə 12-ci sıradadır.
Növbəti turda “Ştutqart” mayın ikincisi səfərdə “Hoffenhaym” ilə üz-üzə gələcək. “Verder” isə öz meydanında “Auqsburq”u qonaq edəcək.
