Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyunu başa çatıb.
"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş Ağdam klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində Musa Qurbanlı (2 qol), Montiel, Leandro Andrade və Emmanuel Addai fərqləniblər. Bakı təmsilçisinin yeganə qoluna müdafiəçi Elvin Bədəlov imza atıb.
Xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.
*** 20:55
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyununda beşinci qol vurulub.
"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 68-ci dəqiqəsində Ağdam klubunun heyətində Leandro Andrade qol müəllifi olub - 4:1.
19:45
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyununda dördüncü qol vurulub.
"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 37-ci dəqiqəsində Ağdam klubunun heyətində Montiel fərqlənib - 3:1.
19:39
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyununda üçüncü qol vurulub.
"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 33-cü dəqiqəsində Ağdam klubunun heyətində Musa Qurbanlı dubl edib - 2:1.
19:27
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda hesab bərabərləşib.
"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 21-ci dəqiqəsində Bakı təmsilçisinin heyətində Elvin Bədəlov fərqlənib - 1:1
19:14
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda hesab açılıb.
"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 9-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı diqqət mərkəzinə düşüb - 1:0.
19:00
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyunu başlayıb.
"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş saat 19:00-da start götürüb.
Ağdam klubu hazırda 56 xalla 2-ci, paytaxt təmsilçisi 44 xalla 5-cidir.
*** 09:00
Misli Premyer Liqasında XXIX turun daha iki oyunu bu gün keçiriləcək.
"Unikal" xəbər verir ki, ilk olaraq "Şamaxı" "Kəpəz"i qəbul edəcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
Meydan sahibləri 32 xalla 8-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Neftçi" və "Qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər.
"Palms Sports Arena"da matç saat 19:00-da başlayacaq. Ağdam təmsilçisi 56 xalla ikinci, "ağ-qaralar" 44 xalla dördüncüdür.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
