Dünyanın ən varlı adamı olan İlon Mask "XChat" adlı messencerini istifadəyə verib.
"Unikal" xəbər verir ki, tətbiqi hazırda "App Store" üzərindən yükləmək mümkündür, lakin onun android versiyasının təqdim olunub-olunmayacağı isə hələlik məlum deyil.
Tətbiqin təsvirinə əsasən, "XChat" istifadəçilərə bir sıra funksiyalar təqdim edir. Bunlara ucdan-uca şifrələmə, yazışmaların redaktə və silinməsi imkanı, ekran görüntülərinin qadağan edilməsi, qrup çatları və itən mesajlar daxildir. Bundan əlavə, messencerdə reklamların olmadığı xüsusi vurğulanır.
"XChat"dan istifadə etmək üçün "X" sosial şəbəkəsində hesab yaradılmalıdır. Yəni tətbiqi sadəcə yükləmək kifayət etmir, həm də "X" platformasında qeydiyyatdan keçmək tələb olunur.
