ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı mövqeyinə görə elçiləri Stiv Uitkoff və Cared Kuşnerin İslamabada səfərini ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə o, “Axios”un müxbiri Barak Ravidlə telefon danışığında deyib.
“Hazırkı vəziyyətində onları 18 saatlıq uçuşa göndərməyin mənasını görmürəm. Bu, çox uzundur. Biz bunu telefonla da edə bilərik. İranlılar istəsələr, bizə zəng edə bilərlər. Biz sadəcə orada oturmaq üçün səyahət etməyəcəyik”, -deyə Tramp bildirib. O, hələ müharibəni başlatmaq barədə düşünmədiyini deyib.
