ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İran nümayəndə heyətinin nümayəndələri ilə birbaşa danışıqlar aparmaq üçün yenidən Pakistana səfər edəcəklər. 

"Unikal" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt bildib.

"İranlıların özləri bu görüşü tələb ediblər", - deyə o, qeyd edib.

Livittin sözlərinə görə, ABŞ vitse-prezidenti C.D. Vens də Pakistana səfər etməyə hazırdır.