İsrail Livanın cənubundakı yaşayış məntəqələrini viran etməyə davam edir. ABŞ prezidenti Donald Trampın 24 apreldə elan etdiyi atəşkəsdən əvvəl belə , İsrail Müdafiə Qüvvələri yerli kəndlərə onlarla hava hücumu həyata keçirib.
"Unikal" xəbər verir ki, bu barədə "Al Mayadeen" qəzeti yazıb.
Qeyd olunur ki, mülki əhali panikaya düşərək bölgədən qaçmağa məcbur olur.
Son günlərdə orada çoxlu sayda ev sökülüb və partladılıb.
