ABŞ-nin Luiziana ştatının Baton-Ruj şəhərində yerləşən ticarət mərkəzində atışma baş verib.

"Unikal"ın məlumatına görə, hadisə zamanı 10 nəfər xəsarət alıb. Atəş açan şəxs azadlıqdadır.

Baton-Ruj meri Sid Edvards bildirib ki, bütün yaralılar hadisə yerindən xəstəxanalara daşınıb və hər kəs ticarət mərkəzindən təxliyə edilib. Polisin məlumatına əsasən, atışma iki qrup arasında gedən dava zamanı baş verib.