PSJ-nin mərkəz müdafiəçisi İlya Zabarnı Liqa 1-in "Anje" ilə oyununu buraxacaq.
"Unikal" xəbər verir ki, buna səbəb onun 26-cı turunun "Nant"la təxirə salınmış matçında (3:0) sarı vərəqə almasıdır.
Həmin vərəqə onun cari çempionatda aldığı beşinci "sarı" olub. Bu da Ukrayna millisinin üzvünün avtomatik olaraq növbəti görüşü buraxması deməkdir.
Beləliklə, 23 yaşlı müdafiəçi PSJ-nin aprelin 25-də "Anje" ilə keçirəcəyi Liqa 1-in 31-ci tur matçında iştirak edə bilməyəcək.
Cari mövsüm Zabarni Paris təmsilçisinin heyətində bütün turnirlərdə 32 oyuna çıxıb və 1 qol vurub.
