Masallı rayonunda atlara qarşı qəddarlıq halları ilə bağlı videolar “TikTok” sosial platformasında paylaşılıb.

"Unikal" avtosfer.az-a istinadən xəbər verir ki, görüntülər müxtəlif vaxtlarda qeydə alınıb. Kadrlardan görünür ki, heyvanlara dəmir qoşqu qoşularaq çubuqla vurulur və hərəkət etməyə məcbur edilirlər.

Digər görüntülərdə isə qoşquya kəndirlə yük avtomobilinin bağlandığı, atın bu ağır yükü daşımağa məcbur edildiyi əks olunub. 

Başqa bir videoda da heyvana ağır yük yüklənərək hərəkətə təhrik edildiyi, nəticədə onun çətinliklə irəlilədiyi müşahidə olunur.

Qeyd edək ki, şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub və onun barəsində məsuliyyət tədbiri görülüb.