Paytaxtın Xətai rayonu ərazisində səkinin ensiz olması səbəbindən piyadaların hərəkətində maneələr yaranır. Ensiz səkidən keçmək olmur.
"Unikal" xəbər verir ki, piyadalar avtomobil toluna çıxaraq hərəkət edirlər.
Səki olmadığından yolun həmin hissəsindən piyadalar az istifadə edirlər. Bu, sürücülər üçün də qəza şəraiti yaradır.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Tv"yə bildirildi ki, səkinin ensiz olmasına səbəb oradakı obyektin həmin səkini zəbt etməsidir.
O da qeyd edildi ki, İcra hakimiyyəti tərəfindən yenidən araşdırma aparılacaq və tədbir görüləcək.








































.jpg)









