Türkiyə Batumidəki baş konsulu Adnan Altay Altınörsü geri çağırıb. 

"Unikal" xəbər verir ki, bu qərar baş konsulun Batumidəki kazinoda çəkilən şəkillərinin sosial mediada yayılmasından sonra verilib.

Xarici İşlər Nazirliyi boş qalan vəzifəyə Türkiyənin Tbilisidəki səfirliyinin müşaviri Banu Terzioğlunu təyin edib.

Altınörs 2024-cü ildə bu vəzifəyə təyin olunmuşdu. 

Ağarza Elçinoğlu