Kanadada keçmiş "Air Canada" kapitanı təxminən 17 il ərzində lazımi lisenziya olmadan yüzlərlə uçuş həyata keçirməkdə ittiham olunaraq həbs edilib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ıhakimiyyət orqanları pilotun 900-dən çox uçuş həyata keçirdiyini və milyonlarla dollar qazandığını bildirib.
Peel Regional Polisinin məlumatına görə, Geoffrey Wall iyunun 1-də həbs edilib. Müstəntiqlər iddia edirlər ki, Wall 2009-2025-ci illər arasında 900-dən çox daxili və beynəlxalq uçuşda kapitan pilot kimi çalışıb, lakin heç vaxt bu vəzifə üçün tələb olunan Hava Yolları Nəqliyyat Pilotu Lisenziyasına (ATPL-A) sahib olmayıb.
Səlahiyyətlilər bildiriblər ki, Wall bu dövrdə Boeing 767, 777 və 787 təyyarələrində kapitan pilot kimi xidmət edib və təxminən 3 milyon Kanada dolları maaş alıb.
Peel County Polis İdarəsinin rəis müavini Nik Milinoviç hadisənin "film ssenarisinə bənzədiyini" bildirərək əlavə edib: "Biz inanırıq ki, şübhəli həm işəgötürənini, həm də tənzimləyici orqanı onun ixtisasları ilə bağlı yanlış yola yönəldib".
Lakin "Air Canada" hadisənin uçuş təhlükəsizliyinə təsir etmədiyini bildirib. Şirkət açıqlamasında bildirib ki, bütün pilotlar hər altı aydan bir məcburi səriştəlilik təlimindən keçir və hər il sertifikatlı audit pilotları tərəfindən yoxlanılır.
Kanada Nəqliyyat Nazirliyi tərəfindən cərimələnilən Wall 5000 Kanada dollarından çox məbləğdə fırıldaqçılıq və saxta sənədlərdən istifadə də daxil olmaqla, yeddi ayrı ittihamla üzləşir. O, 29 iyun 2026-cı ildə məhkəmə qarşısına çıxacaq.
Gülayə Mecid










































.jpg)








