Bu ilin yanvar-mart aylarında Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 941 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.
"Unikal"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 907,2 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 % çox) 753 ton (-6,7 %), Panamadan 119,4 min ABŞ dolları dəyərində (+26 dəfə) 101,72 ton (+27 dəfə), Tailanddan 86,2 min ABŞ dolları dəyərində (+72 %) 21 ton (+75 %), Çindən 81,5 min ABŞ dolları dəyərində (-0,8 %) 63,5 ton (-6 %), Türkiyədən 2,3 min ABŞ dolları dəyərində (-10 %) 1,11 ton (-35 %) ananas alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 3 min 33 ton ananasın 81 %-i Kosta-Rikanın payına düşüb.


















































