İran qüvvələri Bəhreyndə Şeyx İsa hava bazasında yerləşən ABŞ radar stansiyasına hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb. 

"ABŞ hərbi dronlarının İran hava məkanını pozmasına cavab olaraq, bu səhər Bəhreyndəki Şeyx İsa hava bazasında yerləşən ABŞ radar stansiyasına qarşı əməliyyat keçirilib", - deyə İİKK-nın mətbuat xidməti bildirib.