İran ordusunun hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatını vurub.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Hadisənin baş verdiyi vaxt və dəqiq yer də daxil olmaqla, hadisənin təfərrüatları açıqlanmayıb.