16 noyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Çeyildağ qəsəbəsində sakinlərlə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, qəsəbəyə gələn rayon icra hakimiyyətinin başçısını ilk qarşılayan uşaqlar olub. Onun ətrafına sevinclə toplaşan uşaqlarla səmimi söhbət edən RİH başçısı Natiq Əliyev onlarla xatirə şəkli çəkdirib.
80-dən çox sakinin iştirak etdiyi səyyar qəbulda çıxış edən RİH başçısı Natiq Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb.
Görüş zamanı əvvəlki səyyar qəbulda sakinlər tərəfindən qaldırılmış məsələlərə də toxunulub, onların həlli istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr ətrafında söhbət aparılıb
Qəsəbə sakinləri dövlət başçısının əhalinin rifahına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, problemlərin həllinə yönəlmiş tədbirlərdən razılıqlarını ifadə ediblər.











.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)













.jpg)








