QS Dayanıqlılıq Reytinqi 2027-də (QS Sustainability Rankings 2027) UNEC ötən illə müqayisədə 144 pillə irəliləyərək 726-cı yerdən 582-ci yerə yüksəlib.
"Unikal" xəbər verir ki, bu nəticə ilə UNEC Azərbaycanda birincidir.
Dünya üzrə 2004 ali təhsil müəssisəsi arasında UNEC 582-ci, Asiya üzrə 850 universitet arasında 150-ci, Qərbi Asiyada isə 193 universitet arasında 31-ci yerə yüksəlib.
Dayanıqlı inkişafın hər üç əsas istiqaməti – İdarəetmə (Governance), Ətraf mühitə təsir (Environmental Impact) və Sosial təsir (Social Impact) üzrə UNEC-in Azərbaycanda birinci olması bu uğuru xüsusilə fərqləndirir.
Məşğulluq və karyera imkanları üzrə 84,2 bal toplanması, ətraf mühit istiqamətində isə nəticənin 57,3 baldan 81 bala yüksəlməsi UNEC-in əmək bazarı ilə əlaqələrinin və ekoloji məsuliyyətinin gücləndiyini göstərir.
Qeyd: QS World University Rankings: Sustainability universitetlərin ekoloji dayanıqlılıq, bərabərlik, sağlamlıq və rifah, təhsilin təsiri, elmi tədqiqatlar və korporativ idarəetmə kimi istiqamətlər üzrə fəaliyyətini 50-dən çox göstərici əsasında qiymətləndirir. Reytinqin əsas məqsədi universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) verdiyi töhfəni və cəmiyyətə göstərdiyi müsbət təsiri müəyyən etməkdir.





.jpg)













.jpg)












.jpg)













