"The Economist" jurnalı 2027-ci ilin qlobal böhranlar və çevrilişlər dövrü olacağını bildirir.
"Unikal" xəbər verir ki, nəşrin müəllifləri bu proqnozu illik hesabatları olan "The World Ahead"da təqdim ediblər.
Nəşrin üz qabığında meşə yanğınları, tanklar, döyüş gəmiləri, partlayışlar, seçki qutusu, düşən maliyyə cədvəli və yanında kosmik raket, peyk, film və beyin formasında mikroçip təsvir olunub.
"The Economist" jurnalı gələn il üçün 10 proqnoz verib. Əsas siyasi çətinliklər arasında Prezident Donald Trampdan sonra ABŞ-nin gələcəyi də var.
Jurnalistlər hesab edirlər ki, "Donald Trampın xələfi uğrunda yarış başlayacaq".

Nəşr, həmçinin, Yaxın Şərqdəki müharibənin nəticələrini və Avropada sağçı populist qüvvələrin yüksəlişini təsvir edir. Xüsusilə, jurnalistlər Fransa prezident seçkilərində Marin Le Penin qələbəsini proqnozlaşdırırlar. Bundan əlavə, "The Economist" qlobal maliyyə qeyri-sabitliyi və Tayvan risklərini potensial qarşıdurma nöqtəsi kimi göstərir.
Proqnozun əhəmiyyətli bir hissəsi süni intellektə həsr olunub. "The Economist" jurnalı iri texnologiya şirkətlərinə qarşı artan ictimai narazılığı və sənayenin borcları səbəbindən maliyyə risklərinin artacağını gözləyir. Jurnalistlər həmçinin rekord istilər, quraqlıqlar və meşə yanğınları ilə dolu daha bir ili gözləyirlər, eyni zamanda bərpa olunan enerji mənbələrinə marağın artacağını proqnozlaşdırırlar.
"The Economist"in yazdığı kimi, kosmik sənaye SpaceX-in Starship-in inkişafı, eləcə də məlumat mərkəzlərinin orbitdə yerləşdirilməsi ilə bağlı artan marağın sayəsində buraxılış xərclərinin azalacağını gözləyir.







.jpg)
.jpg)

.jpg)



.jpg)













.jpg)

















