Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
"Unikal" xəbər verir ki, qanun layihəsinə əsasən, İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə xərclərinin 319 200 000,0 manat məbləğində təsdiq edilməsi təklif edilir.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
1.1.1. işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat;
1.1.2. işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50.300.000,0 manat.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.






.jpg)












.jpg)












.jpg)













