"Krım körpüsü Ukrayna qoşunlarının yeni hücumundan sonra şübhəsiz ki, bərpa olunacaq".  

"Unikal" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Kremlin sözçüsü bildirib ki, "Konkret bir plan hazırlanacaq. Şübhəsiz ki, körpü bərpa olunacaq və əvvəlkindən daha yaxşı olacaq".

Noyabrın 17-si gecəsi Ukrayna Silahlı Qüvvələri iki gün ərzində ikinci dəfə Krım körpüsünə hücum edib və nəticədə nəqliyyatın hərəkəti dayandırılıb. Krım sakinlərindən və qonaqlarından körpü istiqamətində hərəkət etməkdən çəkinmələri və marşrutlar seçərkən məhdudiyyətləri nəzərə almaları xahiş edilib.