"Vətəndaş işlə təmin olunmaq məqsədilə Milli Məclisin deputatına müraciət edir və biz də öz növbəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayırıq. Nazirlik müvafiq tədbirləri həyata keçirir. Ancaq, bir sıra hallarda şirkət vətəndaşı işə götürmür və bu da vətəndaşlarda müəyyən narazılıq yaradır. Düşünürəm burada prosesin sona kimi izlənilməsinə və əlavə nəzarət mexanizmlərinin işlənilməsinə ehtiyac var. Belə olduğu təqdirdə şirkətlər bu məsələyə daha həssas yanaşacaqlar".
"Unikal" xəbər verir ki, bunu "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, dəfn pulunun ciddi artırılması imkansız ailələr üçün çox böyük dəstəkdir: "Ancaq ümumilikdə proses uzundur, bir çox sənədlər tələb olunur. Düşünürəm bu prosesin daha da sadələşdirilməsinə və asanlaşdırılmasına ehtiyac var. Bu gün ölkəmizdə rəqəmsal hökumət quruculuğu sürətlə həyata keçirilir. Bu prosesin də avtomatlaşdırılması bu prosesə öz töhfəsini verə bilər".
Deputat qeyd edib ki, son vaxtlar ölkəmizdə ailə institutu ilə bağlı narahatedici proseslər gedir: "Yeni dünyaya gələn uşaqların sayında nisbətən azalma, pozulan nikahların sayında artım müşahidə olunur, getdikcə gənclərin nikaha marağı azalır. Qeyd olunanları nəzərə alaraq, boşanmaların artmasının qarşısının alınması, gənc ailələrin qorunması, gənclərin ailə qurmağa təşviq edilməsi məqsədilə gənc ailələrə əlavə dəstək mexanizmlərinin işlənilməsini təklif edirəm. Bu gün uşaqların sağlam qidalanması ilə də bağlı da bir sıra addımların atılmasına ehtiyac var. Hesab edirəm sistemli maarifləndirmə işləri ilə yanaşı uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə gənc ailələrə əlavə dəstək mexanizmlərinin işlənilməsinə ehtiyac var".
Anar Kəlbiyev





.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)

