Moldovanın hava məkanı noyabrın 17-də Ukraynaya kütləvi Rusiya hücumları fonunda iki dəfə pozulub.

"Unikal"  xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Milli Ordunun Hava Əməliyyatları Mərkəzi saat 15:49-da “Geran-2” tipli pilotsuz uçuş aparatının Ukraynanın Odessa vilayətindən Moldova hava məkanına daxil olaraq Tiraspol istiqamətində hərəkət etdiyini qeydə alıb.

Daha sonra həmin dron ölkənin hava məkanını tərk edib, saat 16:02-də isə Moldova hava məkanını ikinci dəfə pozub.

Bundan sonra Kişinyovun Botanika sektoru istiqamətində hərəkət edən “Shahed” tipli dron barədə məlumat daxil olub. Təhlükəsizlik səbəbindən Moldova hakimiyyəti saat 16:27-də ölkənin bütün hava məkanından istifadəyə məhdudiyyət qoyub.