“Orlando Siti”nin hücumçusu Antuan Qrizmann MLS-də ilin ən yaxşı yeni futbolçusu adına layiq görülüb.
"Unikal" xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Fransalı futbolçu 2026-cı ilin martında “Orlando Siti” ilə müqavilə imzalayıb, iyulda isə komandanın heyətinə qoşulub. O, Florida təmsilçisinin heyətində bütün turnirlərdə 22 matça çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Orlando Siti” müntəzəm mövsümü Şərq Konfransında 8-ci pillədə başa vurub. Komanda MLS-in pley-off mərhələsinə vəsiqə qazanmaq üçün “Sinsinnati” ilə qarşılaşacaq.
Qeyd edək ki, Qrizmann karyerası ərzində “Real Sosyedad”, Madrid “Atletiko”su və “Barselona”da çıxış edib





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)





