Braziliyada San-Paulodan Porto Aleqreyə uçan bir ailə yeddi yaşlı oğullarını təyyarədə unudub.
"Unikal" xəbər verir ki, hadisə 14 noyabr şənbə günü Salgado Filho Beynəlxalq Hava Limanında LATAM Airlines Brasil şirkətinin LA3420 reysindən sonra baş verib.
Sərnişinləri təyyarədən endirdikdən sonra pilot dispetçerə ailənin uşaqlarını təyyarədə qoyub getdiyini bildirib. O, təyyarəyə aviaşirkətin bir işçisinin göndərilməsini istəyib.
Oğlan LATAM işçilərinin himayəsində salonda qalıb. Təxminən 15 dəqiqə sonra, qohumluq təsdiqləndikdən sonra, aviaşirkət heyəti onu anasına təhvil verib. Aviaşirkət də uşağın ailəsinə təhlükəsiz şəkildə qaytarıldığını təsdiqləyib.




.jpg)
















.jpg)












.jpg)








.jpg)







