Rumıniya Qara dəniz bölgəsində təhlükəsizlik və nəqliyyat əlaqəsi ilə bağlı Azərbaycan, Ermənistan və Türkiyə ilə danışıqlar aparmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulascu bunu Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
O, Şura iclasından sonra Qara dəniz regionuna yönəlmiş ayrıca nazirlər görüşünün planlaşdırıldığını və tədbirdə Avropa İttifaqının tərəfdaşlarının iştirak edəcəyini açıqlayıb.
Nazir bildirib ki, "Yalnız bağlantı deyil, həm də təhlükəsizlik məsələlərini müzakirə etmək vacibdir. Bu, çox vacibdir və tərəfdaşlarımızın fikirləri də çox vacibdir".
O, Buxarestin regional tərəfdaşlarla bu məsələlərin müzakirəsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Gülayə Mecid





.jpg)















.jpg)





























