Bu gün rəqəmsallaşma, süni intellekt innovativ texnologiya yalnız iqtisadiyyatın inkişaf istiqamətlərini deyil, əmək bazarının peşələrin məzmunu və insan kapitalına olan tələbləri də sürətlə dəyişir. Bu dəyişikliklər qarşısında əsas məqsədlərimiz vətəndaşlarımızın həmin texnologiyaların yaratdığı imkanlardan faydalanmasını təmin etməkdir.

"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli Məşğulluq Forumunda çıxış edərkən deyib.

Nazir müavini qeyd edib ki, rəqəmsal transformasiyanın uğurlu həm də yaradılan iqtisadi dəyər, artan məhsuldarlıq və yeni məşğulluq imkanları ilə ölçülməlidir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və insan kapitalının inkişafı dövlət siyasətinin mühüm prinsiplərindəndir. Bu istiqamətdə qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası 2025-2028-ci illər üçün süni intellekt strategiyası, eləcə də rəqəmsal inkişafın sürətlənməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planı ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və insan kapitalının inkişafı üçün mühüm strateji çərçivə formalaşdırır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq əsas prioritetlərdən biri müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılmasıdır".