Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında “Pembe” obrazını canlandıran Sibel Taşçıoğlu “Nilay” obrazının ifaçısı Feyza Civeleklə bağlı səsləndirdiyi iddia olunan açıqlamalara münasibət bildirib.
"Unikal" axsam-a istinadən xəbər verir ki, aktrisa son günlər onun serialdan ayrılması ilə bağlı həqiqətə uyğun olmayan fikirlərin öz adından yayıldığını qeyd edib:
“Son günlər “Kızılcık Şerbeti” serialından ayrılmağımla bağlı mənə aid edilən və heç bir həqiqətə əsaslanmayan açıqlamaların yenidən gündəmə gətirildiyini görürəm. İlk növbədə bildirmək istəyirəm ki, sözügedən ifadələr mənə aid deyil. Mənim belə bir açıqlamam və ya müsahibəm olmayıb.
Bu günə qədər serialdan ayrılma prosesimlə bağlı danışmamağa üstünlük vermişəm. Çünki baş verənlərin ictimaiyyət qarşısında müzakirəyə çevrilməsini doğru hesab etmirdim. Lakin susqunluğumun həqiqəti əks etdirməyən iddialarla doldurulmasını da istəmirəm. Bu məsələyə aydınlıq gətirməyi zəruri hesab edirəm.
“Kızılcık Şerbeti” serialından ayrılmaq mənim seçimim deyildi. Ayrılmağımın arxasında çəkiliş prosesi zamanı yaşanan və peşəkar mövqeyimə görə susmağa üstünlük vermədiyim bəzi fikir ayrılıqları dayanırdı. Bu məsələlərin təfərrüatlarına bu gün də girməyi zəruri hesab etmirəm.
Digər tərəfdən, başqa bir aktyoru alçaldan, şəxsi və məhrəm məsələlər üzərindən ortaya atılan iddiaların mənim adımdan yayılmasını da son dərəcə yanlış hesab edirəm. Heç kimin nüfuzuna bu şəkildə xələl gətirilməsinə nə keçmişdə zəmin yaratmışam, nə də bu gün yaradıram.
Bu günə qədər susmağımın səbəbi deyəcək sözümün olmaması deyil, peşəmə və birlikdə çalışdığım insanlara duyduğum hörmətdir”.


















.jpg)












.jpg)








.jpg)










